Toy hazırlığı faciəyə çevrildi: Balakəndəki qəzada ölənlərin sayı 4-ə çatdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Toy hazırlığı faciəyə çevrildi: Balakəndəki qəzada ölənlərin sayı 4-ə çatdı

First News Media14:51 - Bu gün
Toy hazırlığı faciəyə çevrildi: Balakəndəki qəzada ölənlərin sayı 4-ə çatdı

Ötən gün Balakəndə baş vermiş zəncirvari qəzada daha bir ailə üzvü həyatını itirib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün dünyasını dəyişib.

Bununla da “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edənlərin sayı 4 nəfərə çatıb.

Dünən isə Y. Mütəllibovun “Toyota”da olan ailə üzvləri - həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı və oğlu 1999-cu il təvəllüdlü Rəşad Mütəllibov, “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində vəfat etmişdilər.

Qəzada xəsarət alan digər şəxsin - 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlunun müalicəsi isə davam etdirilir.

Bildirilir ki, ailə toy hazırlığı üçün yola çıxıbmış. Belə ki, vəfat edən gəncin avqustun 28-i toyu olacaqmış.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər