Paytaxtda yaşayış binalarının birində yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda yaşayış binalarının birində yanğın olub - VİDEO

First News Media12:58 - Bu gün
Paytaxtda yaşayış binalarının birində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin eyvanında kombi aparatı və kondisioner yanıb. Xəsarət alan olmayıb.

Mənzil yanğından mühafizə olunub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər