Bu ərazilərdə işıq olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə işıq olmayacaq

First News Media10:54 - Bu gün
Bu ərazilərdə işıq olmayacaq

İyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

1news.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək 8-ci km Ticarət Mərkəzində, ətraf ərazilərində və Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Lənkəran Elektrik Şəbəkəsi (EŞ) ərazisində bəzi 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq fasilə saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran, Şıxakəran, Xolmili kəndləri, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən, Şilim kəndlərini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

 

 

 

 

 

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər