9-cu mikrorayonda yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

9-cu mikrorayonda yaşayış binasında yanğın olub

First News Media17:45 - Bu gün
9-cu mikrorayonda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə 1news.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın şaxtasındakı elektrik kabelləri, damındakı havalandırma qurğusunun mühərriki və ətrafa yığılmış taxta qırıntıları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Paylaş:
72

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39
Bütün xəbərlər