Paşinyan partiyasının qələbə qazandığını açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Paşinyan partiyasının qələbə qazandığını açıqlayıb

Qafar Ağayev09:35 - Bu gün
Paşinyan partiyasının qələbə qazandığını açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.

1news.az xəbər verir ki, Paşinyan bu barədə mətbuat konfransında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, partiyası seçicilərin etimadını qazanıb və yeni hökuməti koalisiyaya ehtiyac olmadan müstəqil şəkildə formalaşdıracaq.

Qeyd edək ki, Ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Rəsmi məlumatlara görə, 2,48 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Seçicilər 18 siyasi qüvvə arasında seçim edib.

Parlament proporsional sistem üzrə formalaşır və keçid baryeri partiyalar üçün 4%, ittifaqlar üçün isə 8% təşkil edir.

Əsas favoritlər sırasında “Vətəndaş Müqaviləsi”, “Güclü Ermənistan” və “Ermənistan” alyansları göstərilir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər