ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa vurdu, dəniz blokadası davam edir | 1news.az | Xəbərlər
Dünya

ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa vurdu, dəniz blokadası davam edir

Qafar Ağayev09:35 - Bu gün
ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa vurdu, dəniz blokadası davam edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hücumların yeddinci gecəsinin başa çatdığını açıqlayıb.

1news.az  xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, ABŞ qüvvələri qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, hərbi gəmilər və digər vasitələrdən istifadə edərək müşahidə obyektlərinə, hərbi logistika infrastrukturuna, yeraltı silah anbarlarına və dəniz hədəflərinə zərbələr endirib.

Bildirilib ki, ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) başlanılan yeni zərbə mərhələsi ilə hücumlar artıq yeddinci gecə ardıcıl davam edib. Əməliyyatların məqsədinin İranın hərbi potensialını daha da zəiflətmək olduğu qeyd edilib.

CENTCOM, həmçinin İran limanlarına tətbiq edilən dəniz blokadasının davam etdirildiyini vurğulayıb.

Məlumata əsasən, ABŞ-ın iyulun 14-də blokadanı bərpa etməsindən sonra istiqaməti dəyişdirilən kommersiya gəmilərinin sayı dördə çatıb. İlk üç gün ərzində ABŞ hərbçiləri dörd gəmini marşrutunu dəyişməyə məcbur edib, bir gəmini sıradan çıxarıb və blokada tələblərinə əməl olunmasını təmin etmək məqsədilə bir gəminin göyərtəsinə çıxıb.

Paylaş:
123

Son xəbərlər

Bütün xəbərlər