Bu gecə Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gələcək | 1news.az | Xəbərlər
İdman

Bu gecə Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gələcək

First News Media15:45 - 18 / 07 / 2026
Bu gecə Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gələcək

Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşəcək.

1news.az xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gələcək.

Hər iki komanda yarımfinalda məğlub olaraq finaldan kənarda qalıb. Fransa İspaniyaya 0:2, İngiltərə isə Argentinaya 1:2 hesabı ilə uduzub.

Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

DÇ-2026

3-cü yer matçı

01:00. Fransa – İngiltərə

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər