Sürücü diqqətsizliyi ağır qəzalara səbəb olur - NİİM-dən müraciət - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücü diqqətsizliyi ağır qəzalara səbəb olur - NİİM-dən müraciət - VİDEO

Qafar Ağayev10:32 - Bu gün
Sürücü diqqətsizliyi ağır qəzalara səbəb olur - NİİM-dən müraciət - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

1news.az xəbər verir ki, mərkəz paytaxt yollarında baş verən maddi zərərlə nəticələnən yol qəzalarının əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu bildirib.

Qeyd olunub ki, belə qəzaların böyük hissəsi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi, eləcə də yol hərəkəti zamanı diqqətin yayınması səbəbindən baş verir. Bildirilib ki, diqqəti yoldan yayındıran sürücü svetoforun qırmızı işığında dayanma, qarşıda yaranan tıxac və ya yolda qalan nasaz avtomobil kimi hallarda vaxtında reaksiya verə bilmir.

Mərkəz vurğulayıb ki, bu cür diqqətsizlik nəticəsində sürücülər sürəti vaxtında azalda bilmədiyi üçün qəzalar qaçılmaz olur. Nəticədə hadisələr ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnir və digər yol hərəkəti iştirakçıları da bundan zərər görür.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yollarda daha diqqətli olmaları və yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmaları barədə çağırış edib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər