Nazir müavini: Məktəblərdə “TikTok”a çıxış bloklanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: Məktəblərdə “TikTok”a çıxış bloklanıb

1news Redaksiyası12:30 - 08 / 06 / 2026
Nazir müavini: Məktəblərdə “TikTok”a çıxış bloklanıb

“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb”.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

“Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, - nazir müavini qeyd edib.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər