Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

First News Media15:16 - Bu gün
Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad rayonu, Əliqasımlı kəndində fəaliyyət göstərən, Şirəliyev Malik Musaxan oğluna məxsus “Ülviyyə” şadlıq sarayında yoxlama keçirib.

1news.az AQTA-ya istinadən xəbər verir ki, şadlıq sarayında normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, Agentliyin əməkdaşları tərəfindən “Gold Organic” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər