Ceyhun Bayramovdan Azərbaycan və Türkiyə vətəndaşlarına çağırış: Münaqişə zonalarından uzaq durun | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovdan Azərbaycan və Türkiyə vətəndaşlarına çağırış: Münaqişə zonalarından uzaq durun

17:06 - Bu gün
Ceyhun Bayramovdan Azərbaycan və Türkiyə vətəndaşlarına çağırış: Münaqişə zonalarından uzaq durun

Hər müharibə çox ciddi riskləri özündə ehtiva edir və onu bir coğrafiya və ya qaydalar daxilində proqnozlaşdırmaq mümkünsüzdür.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti hər zaman savaşın dayandırılması, onun diplomatik həllinin tapılması, ən azından ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülhə nail olunması üçün addımların önəmini qeyd edir: “Biz bu gün Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinə şahid oluruq, bunun faciəvi təsirlərini izləyirik. 3 gün bundan öncə 2 gəmiyə edilən dron hücumu nəticəsində 4 nəfər Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb. Bu savaş davam etdikcə belə hallardan heç kim sığortalanmayıb. Yalnız strateji olaraq gedən hərbi münaqişələrin dayandırlması çox önəmlidir. Bu, ilk olaraq münaqişə tərəfləri üçün böyük fəlakətlər gətirir, eyni zamanda, daha geniş coğrafiyada qonşu ölkələrə, region ölkələri və qlobal mənada ciddi təhdid yaradır”.

Nazir həm Azərbaycan vətəndaşlarına, həm də qardaş, dost ölkə vətəndaşlarına çağırış edib: “Hərbi münaqişə zonalarından uzaq dursunlar, orada təhlükəsizlik tədbirlərinə ciddi riayət etsinlər. Mütəmadi şəkildə Azərbaycan XİN olaraq belə çağırışlar edirik”.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər