Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 132 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 132 nəfər ölüb

Oksana Orucova10:27 - Bu gün
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 132 nəfər ölüb

Kolumbiyanın qərbini vuran 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, 700-dən çox insan yaralanıb.

Ən çox itki Pereyra şəhərində qeydə alınıb - burada 60 nəfər həyatını itirib. 188 nəfərin itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə işləri davam edir.

Pereyra, Kali, Kibdo, Manizales və Armeniya şəhərlərində qırmızı həyəcan elan edilib və təhlükəsizlik məqsədilə komendant saatı tətbiq olunub. Kalidə bəzi yollar dağılıb, 10 xəstəxana fəaliyyətini dayandırıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri San-Xose-del-Palmar şəhərindən təxminən 5 kilometr şərqdə yerləşib.

Güclü sarsıntılar Venesuela, Ekvador və Panamada da hiss olunub. Venesuelada bəzi binaların, kilsənin və hava limanının zərər gördüyü bildirilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər