Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

09:00 - Bu gün
Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur.

1news.az xəbər verir ki, 2025-2026-cı tədris ili 15 sentyabr tarixində başlayıb və iyunun 13-də başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Son zəng”lə bağlı təhsil müəssisələrinə müvafiq tapşırıqlar verib. Bildirilib ki, tədbirlər səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı, ən geci 2 saat ərzində yekunlaşmalıdır. Şagirdlərin tədbirdə məktəbli formasında iştirak etməsi vacibdir. Məzunların xarici görünüşü isə təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun, səliqəli olmalıdır.

2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 min 550 nəfər məzun olur. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri isə oğlandır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə XI sinfi 37 222, XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) isə 78 nəfər bitirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində, o cümlədən 11 məktəbdə ilk dəfə olmaqla “Son zəng” tədbiri keçiriləcək. Həmin məktəblərdə 171 nəfər məzun olacaq.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər