Ötən gün axtarışda olan 148 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən iyunun 12-də ölkə üzrə görülən əməliyyat tədbirləri barədə məlumat verilib.
1news.az xəbər verir ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayət açılıb.
Axtarışda olan şəxslərin tutulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 148 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 25 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
69












