Hüseyn Hüseynov: Qlobal dayanıqlı inkişaf hədəflərinin hazırda yalnız təxminən 17 faizi plan üzrə düzgün istiqamətdə irəliləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Hüseynov: Qlobal dayanıqlı inkişaf hədəflərinin hazırda yalnız təxminən 17 faizi plan üzrə düzgün istiqamətdə irəliləyir

Qafar Ağayev12:58 - Bu gün
Hüseyn Hüseynov: Qlobal dayanıqlı inkişaf hədəflərinin hazırda yalnız təxminən 17 faizi plan üzrə düzgün istiqamətdə irəliləyir

“Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qlobal gündəliyi olduqca kritik bir dövrdən keçir və beynəlxalq icma hədəflərin icrasında ciddi gecikmələrlə üzləşir”.

1news.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirəsində deyib.

O bildirib ki, bugünkü müzakirələr qlobal dayanıqlı inkişaf gündəliyi üçün olduqca həlledici bir məqama təsadüf edir. 

Hüseyn Hüseynov vurğulayıb ki, 2030 Gündəliyinə yaxınlaşdıqca beynəlxalq ictimaiyyət ambisiya ilə real icra arasında artan fərqlə üzləşir və bu tendensiya ümumi inkişaf prosesinə əlavə təzyiq yaradır.

“BMT Baş katibinin hesabatlarına istinad edən nazir müşaviri diqqətə çatdırıb ki, qlobal dayanıqlı inkişaf hədəflərinin hazırda yalnız təxminən 17 faizi plan üzrə düzgün istiqamətdə irəliləyir. Qalan 83 faiz göstəricilər isə ya çox yavaş irəliləyir, ya tamamilə dayanıb, ya da geriləmə mərhələsindədir ki, bu da qlobal səviyyədə ciddi narahatlıq doğurur”.

H.Hüseynovun sözlərinə görə, eyni zamanda qlobal inkişaf çağırışları daha da dərinləşir, iqlimlə bağlı fəlakətlərin həm tezliyi, həm də iqtisadi təsiri artır:

"Bioloji müxtəlifliyin itkisi ciddi narahatlıq doğurur — dünyada növlərin təxminən 10–12 faizi təhlükə altındadır. İnfrastruktur çatışmazlığı, ərzaq və su təhlükəsizliyi, su qıtlığı, enerji keçidi xərcləri və artan qlobal sosial bərabərsizlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlara əhəmiyyətli dərəcədə təzyiq göstərməkdə davam edir".

O əlavə edib ki, mövcud vəziyyətdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qlobal səviyyədə maliyyələşdirmə yanaşmasının köklü şəkildə dəyişdirilməsi və innovativ maliyyə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər