Mikayıl Cabbarov: Son illərdə həyata keçirilən islahatlar nəticəsində investisiya mühiti yaxşılaşdırılıb | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: Son illərdə həyata keçirilən islahatlar nəticəsində investisiya mühiti yaxşılaşdırılıb

Qafar Ağayev14:37 - 16 / 06 / 2026
Mikayıl Cabbarov: Son illərdə həyata keçirilən islahatlar nəticəsində investisiya mühiti yaxşılaşdırılıb

“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı investisiya gündəliyinin əsas istiqamətlərindəndir”.

1news.az xəbər verir ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirəsində deyib.

Nazir qeyd edib ki, özəl sektorun inkişafı, neft-qaz sahəsinin genişləndirilməsi və yeni sənaye sahələrinin yaradılması prioritet olaraq qalır. 

“Son illərdə həyata keçirilən islahatlar nəticəsində investisiya mühiti yaxşılaşdırılıb, prosedurlar sadələşdirilib və dövlət dəstəyi mexanizmləri genişləndirilib.
Xüsusilə kiçik və orta sahibkarlığın inkişafına, maliyyəyə çıxışın artırılmasına və ixracyönümlü iqtisadi artıma diqqət yetirilir”.

M.Cabbarov deyib ki, qeyri-neft ixracının təşviqi məqsədilə logistika və ixrac xərcləri azaldılır, yerli məhsulların rəqabət qabiliyyəti artırılır və yeni bazarlara çıxış asanlaşdırılır.

“İstehsal, logistika, kənd təsərrüfatı, bərpa olunan enerji və rəqəmsal texnologiyalar sahələrində inkişaf müşahidə olunur”.

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər