Ədib Əlaama: ITFC İƏT ölkələri arasında ticarətə 8 milyard dollar yönəldib  | 1news.az | Xəbərlər
Siyasət

Ədib Əlaama: ITFC İƏT ölkələri arasında ticarətə 8 milyard dollar yönəldib 

Qafar Ağayev11:48 - Bu gün
Ədib Əlaama: ITFC İƏT ölkələri arasında ticarətə 8 milyard dollar yönəldib 

Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 96 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirib.

1news.az xəbər verir ki, bunu ITFC-nin baş icraçı direktoru Ədib Əlaama Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan “Özəl Sektor Forumu”nda bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə 9,35 milyard dollar dəyərində ticarət maliyyələşdirməsi təsdiqlənib ki, bunun da 8 milyard dolları İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarətin maliyyələşdirilməsinə yönəlib və vəsaitlərin təxminən üçdə biri ən az inkişaf etmiş ölkələrə istiqamətləndirilib. 

O qeyd edib ki, ITFC hər 1 dollar qarşılığında xarici mənbələrdən təxminən 2 dollar cəlb etməklə maliyyə resurslarını genişləndirir, 2008-ci ildən bəri isə 60 milyard dollar xarici maliyyələşdirmə səfərbər olunub.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər