Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - VİDEO

First News Media13:51 - Bu gün
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - VİDEO

Moskvaya kütləvi dron hücumu zamanı məşhur "Sadovod” bazarında yanğın baş verib.

1news.az xəbər verir ki, sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Vurulmuş dronun "Sadovod” bazarının ərazisinə düşməsini Moskvanın meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan "Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin "Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.

 

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər