Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik etdi | 1news.az | Xəbərlər
Rəsmi

Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik etdi

First News Media16:47 - Bu gün
Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik etdi

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər