İlham Əliyev Türkiyənin Qars şəhərinə yeni baş konsul təyin edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkiyənin Qars şəhərinə yeni baş konsul təyin edib

Qafar Ağayev13:59 - Bu gün
İlham Əliyev Türkiyənin Qars şəhərinə yeni baş konsul təyin edib

Türkiyə Respublikasının Qars şəhərində Azərbayanın yeni baş konsulu təyin edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin digər Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər