AYNA-dan yenilik: xəstəxana və poliklinika ətrafında taksi duracaqları təşkil edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA-dan yenilik: xəstəxana və poliklinika ətrafında taksi duracaqları təşkil edildi

First News Media13:25 - Bu gün
AYNA-dan yenilik: xəstəxana və poliklinika ətrafında taksi duracaqları təşkil edildi

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələn vətəndaşlar üçün rahatlığın artırılması məqsədilə daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat Xidmətindən bildirilib ki, 3, 5 və 33 nömrəli şəhər poliklinikalarının, eləcə də 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və “Diamed Hospital”ın yaxınlığında sərnişinlərin minib-düşməsini təmin etmək üçün xüsusi yerlər və taksilər üçün duracaqlar yaradılıb.

“Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunub, ərazilərdə 3.28 nömrəli “Durmaq qadağandır” və 5.14 nömrəli “Minik taksilərinin duracaq yeri” yol nişanları, həmçinin xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb”.

Yeni təşkil olunan məntəqələr aşağıdakı ünvanları əhatə edir:

  • Fuad İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi duracağı və avtobus zolağında minib-düşmə yeri);
  • Nəcəf bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);
  • Neftçi Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);
  • Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsində, “Diamed Hospital”ın yanı (minib-düşmə yeri).
Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər