Sakinlərə xəbərdarlıq: Bu ərazilərdə qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sakinlərə xəbərdarlıq: Bu ərazilərdə qaz olmayacaq

First News Media09:39 - Bu gün
Sakinlərə xəbərdarlıq: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun bəzi küçə və yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər