Rafael Fiziyev: “Bu gün özümə güvənirəm, irəli çıxıb bacardığım hər şeyi göstərəcəyəm”
“Bu gün özümə güvənirəm”.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu “UFC Fight Night Baku” turniri öncəsi keçirilən mətbuat konfransında yüngül çəki dərəcəsində çıxış edən azərbaycanlı qarışıq döyüş növləri ustası Rafael Fiziyev bildirib.
“Mən irəli çıxacağam, inamla çalışacağam və bacardığım hər şeyi göstərəcəyəm”.
Son illər ərzində bir döyüşçü kimi onda nə dəyişdiyi ilə bağlı sualı cavablandıran Fiziyev qeyd edib ki, bu müddət ərzində daim öyrənib: “Daha yaxşı olmağa çalışırdım, yeni nələrsə öyrənməyə çalışırdım. Hiss edirəm ki, sözün əsl mənasında hər həftə inkişaf etməyə davam edirəm”.
Rəqibinin güclü tərəfləri barədə danışan idmançı vurğulayıb ki, o, adi, baza elementlərini çox yaxşı yerinə yetirir və onun hərəkətlərində qeyri-adi heç nə yoxdur. Fiziyevin sözlərinə görə, rəqibi yaxşı hərəkət edir, yaxşı müdafiə olunur, ayaqüstü döyüşdə düzgün işləyir və ümumilikdə keyfiyyətli performans sərgiləyir.
Bu turnirdə çıxış etməyin və ailəsini təmsil etməyin onun üçün nə ifadə etdiyindən danışan Rafael Fiziyev bunun çox böyük əhəmiyyət daşıdığını bildirib. İdmançı qeyd edib ki, uzun müddətdən və ailəsinin bir neçə nəslindən sonra o, belə böyük səhnəyə öz adı ilə və öz zəhməti ilə qazandıqları ilə çıxır. Döyüşçü əminliyini ifadə edib ki, babaları və valideynləri bununla fəxr edirlər və xüsusilə atasının onunla qürur duyduğunu vurğulayıb.
Son illər ərzində bir döyüşçü kimi onda nə dəyişdiyi ilə bağlı sualı cavablandıran R. Fiziyev qeyd edib ki, bu müddət ərzində daim öyrənib: “Daha yaxşı olmağa çalışırdım, yeni nələrsə öyrənməyə çalışırdım. Hiss edirəm ki, sözün əsl mənasında hər həftə inkişaf etməyə davam edirəm”.
Rəqibinin güclü tərəfləri barədə danışan idmançı vurğulayıb ki, o, adi, baza elementlərini çox yaxşı yerinə yetirir və onun hərəkətlərində qeyri-adi heç nə yoxdur. Fiziyevin sözlərinə görə, rəqibi yaxşı hərəkət edir, yaxşı müdafiə olunur, ayaqüstü döyüşdə düzgün işləyir və ümumilikdə keyfiyyətli performans sərgiləyir.
Bu turnirdə çıxış etməyin və ailəsini təmsil etməyin onun üçün nə ifadə etdiyindən danışan Rafael Fiziyev bunun çox böyük əhəmiyyət daşıdığını bildirib. İdmançı qeyd edib ki, uzun müddətdən və ailəsinin bir neçə nəslindən sonra o, belə böyük səhnəyə öz adı ilə və öz zəhməti ilə qazandıqları ilə çıxır. Döyüşçü əminliyini ifadə edib ki, babaları və valideynləri bununla fəxr edirlər və xüsusilə atasının onunla qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, Bakıda keçiriləcək UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Foto: Nadir İbrahimli












