Bu gün Azərbaycanda Aşura günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda Aşura günüdür

First News Media09:07 - Bu gün
Bu gün Azərbaycanda Aşura günüdür
Bu gün Azərbaycanda Aşura günüdür.

1news.az xəbər verir ki, Aşura günü bu il iyunun 25-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası dindarların diqqətinə çatdırıb ki, Məhərrəm və Səfər ayları ərzində keçirilən 60 günlük təziyə mərasimləri zamanı, xüsusilə Tasua və Aşura günlərində müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və digər bu kimi əməllər din baxımından qəbuledilməz hesab olunur.

Bununla yanaşı, QMİ Qazılar Şurası yerlərdə fəaliyyət göstərən nümayəndələrinə xatırladıb ki, qazılar və imamlar Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun tələblərinə əməl etməklə dini mərasimləri məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə təşkil etməlidirlər.

Azərbaycan qanunvericiliyinə əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə zidd olan şüarların səsləndirilməsi, dövlət rəmzlərinə uyğun gəlməyən atributlardan istifadə, küçə yürüşlərinin təşkili və ictimai asayişin pozulması yolverilməzdir.

Hər il olduğu kimi, bu il də paytaxt və bölgələrdə fəaliyyət göstərən qan banklarının filiallarında, eləcə də digər tibb müəssisələrində qanvermə aksiyaları keçiriləcək. Toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Məhərrəm ayı iyunun 16-da başlayıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər