Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir

First News Media12:04 - Bu gün
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir

Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.

1news.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin bildirilib: "Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər