“Əsas zəif olan uşaqlarla məşğul olmaq lazımdır” – Emin Əmrullayev
"Şagirdlərin təhsil keyfiyyətinin artırılması üçün erkən müdaxilə vacibdir".
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, tədris prosesində əsas diqqət zəif nəticə göstərən şagirdlərə yönəldilməlidir.
Nazirin sözlərinə görə, vaxtında dəstək göstərilmədikdə həmin şagirdlərin təhsildəki geriliyini aradan qaldırmaq daha çətin olur.
“Əsas zəif olan uşaqlarla məşğul olmaq lazımdır. Yoxsa zaman keçdikcə onları geri qaytarmaq mümkün olmur”, – deyə Emin Əmrullayev vurğulayıb.
Nazir çıxışında müəllimlərin sertifikatlaşdırılmasının nəticələrinə də toxunub. O bildirib ki, keçirilən sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar hazırlıq səviyyəsini qiymətləndirməyə imkan verib.
“Sertifikatlaşdırma nəticəsində başa düşdük ki, onlar indiki uşaqlara təhsil vermək iqtidarındadır”, – deyə nazir qeyd edib.












