Daha iki marşrut üzrə müasir avtobuslar fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki marşrut üzrə müasir avtobuslar fəaliyyət göstərəcək

Qafar Ağayev15:15 - Bu gün
Daha iki marşrut üzrə müasir avtobuslar fəaliyyət göstərəcək

Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı ("Çinar-Trans" MMC) xəttin istismarını həyata keçirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək. 

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər