Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır

First News Media09:53 - Bu gün
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır

Bu gündən Azərbaycanda iyul çağırışı başlayır.

1news.az xəbər verir ki, bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış kampaniyasına start verilir.

Çağırış Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 20-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncama əsasən həyata keçirilir.

Sərəncama uyğun olaraq, 2008-ci ildə anadan olmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, həmçinin 1996–2007-ci illərdə anadan olmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətdən azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəklər.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər