Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ

First News Media15:52 - Bu gün
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında yerləşən keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzilləri təmir edəcək.


1news.az baku.ws-ə istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 459 min 892 manat təşkil edir.

Məlumata görə, yaşayış evlərində genişmiqyaslı cari təmir işlərinin aparılması nəzərdə tutulur. İşlər çərçivəsində damların metal örtükləri təmizlənərək yenidən rənglənəcək, daxili və xarici divarlardakı yararsız suvaqlar söküləcək, köhnə boya qatları təmizlənəcək və divarlar yenidən bərpa olunacaq.

Bundan başqa, istismara yararsız vəziyyətə düşmüş 84 ədəd taxta qapı bloku sökülərək yeniləri ilə əvəz ediləcək.

Layihənin həyata keçirilməsi nəticəsində keçmiş məcburi köçkün qəsəbələrində yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşacağı, evlərin daha təhlükəsiz və istifadəyə yararlı vəziyyətə gətiriləcəyi gözlənilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər