Polşada dörd gənc kütləvi terror aktları hazırlamaqda ittiham olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Polşada dörd gənc kütləvi terror aktları hazırlamaqda ittiham olunur

First News Media17:18 - Bu gün
Polşada dörd gənc kütləvi terror aktları hazırlamaqda ittiham olunur

Polşada dörd gənc kütləvi terror aktları hazırlamaqda ittiham olunur.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Terror aktlarının əldəqayırma bombalar və ya Molotov kokteyllərindən istifadə etməklə törədilməsi planlaşdırılırdı.

"İttiham olunan 19 və 20 yaşlı gənclər dini ibadət yerləri, milli azlıq nümayəndələrinin toplaşdığı yerlərə, eləcə də məktəblərə terror hücumları hazırlayıblar. Terror aktları hazırlamaqda şübhəli bilinən Varminsko-Mazursk voyevodalığından olan dörd gənci 10 ilədək həbs cəzası gözləyir. İttiham aktı artıq məhkəməyə göndərilib", - radiostansiya bildirib.

Qeyd olunub ki, onlar silahla davranış, atıcılıq və partlayıcı qurğuların quraşdırılması üzrə təlim keçiblər.

Onlara terror aktları hazırlamaq, partlayıcı maddələr saxlamaq, həmçinin faşizmi təbliğ etmək, milli zəmində nifrət qızışdırmaq və cinayət törətməyə çağırış etmək ittihamları irəli sürülüb.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər