Bakıda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

First News Media15:23 - Bu gün
Bakıda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər