FHN son bir həftənin statistikasını açıqlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN son bir həftənin statistikasını açıqlayıb - VİDEO

First News Media09:52 - Bu gün
FHN son bir həftənin statistikasını açıqlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 583 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 6 nəfər xəsarət alıb, 15 nəfərin meyiti təhvil verilib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər