Ölkənin bəzi rayonlarında qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkənin bəzi rayonlarında qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA

First News Media12:09 - 06 / 07 / 2026
Ölkənin bəzi rayonlarında qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər