Faktiki hava: Balakəndə leysan aylıq normanı keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Faktiki hava: Balakəndə leysan aylıq normanı keçib

First News Media09:30 - Bu gün
Faktiki hava: Balakəndə leysan aylıq normanı keçib

İyulun 7-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər