Bakının bu ərazilərində qaz kəsiləcək – SİYAHI
İyulun 8-də Bakının bir sıra rayonlarında qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 08.07.2026-cı il tarixindən saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Nardaran qəsəbəsinin, Azərbaycan qadını və Albalılıq küçələrinin, Yasamal rayonunun F. İbrahimbəyov, M. Naxçıvani, C. Cabbarlı, C. Qaryağdıoğlu və Z. Əhmədbəyov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Sulutəpə qəsəbələrinin (bir hissəsi), Suraxanı rayonunun Əmircan qəsəbəsinin, 5-ci Mədən və X. Ələkbərov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
81












