İlin ilk 6 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin ilk 6 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb

First News Media11:31 - Bu gün
İlin ilk 6 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb

İlin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 780 nikah qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Həmin nikahlarda Azərbaycan vətəndaşlarından 369-u qadın, 411-i isə kişi olub.

Qeyd edək ki. ötən ilin müvafiq dövründə isə 480-i qadın, 600-ü kişi olmaqla 1080 nəfər Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər