Nazir: İordaniya və Azərbaycan arasında imzalanan sazişlər turizmə, ticarətə və biznes əlaqələrinə təkan verəcək | 1news.az | Xəbərlər
Siyasət

Nazir: İordaniya və Azərbaycan arasında imzalanan sazişlər turizmə, ticarətə və biznes əlaqələrinə təkan verəcək

Qafar Ağayev13:56 - Bu gün
Nazir: İordaniya və Azərbaycan arasında imzalanan sazişlər turizmə, ticarətə və biznes əlaqələrinə təkan verəcək

"İmzalanan sazişlər turizmə, ticarətə və biznes əlaqələrinə ciddi təkan verəcək".

1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən birgə mətbuat konfransında İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Səfadi deyib.

Nazirin sözlərinə görə, bu gün imzalanan sənədlər Azərbaycan və İordaniya arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

"Bu gün biz üç saziş imzaladıq. Bunlardan biri universitetlər arasında əməkdaşlıq sahəsindədir, digəri isə vətəndaşlarımız üçün viza və səyahət tələblərini sadələşdirəcək. Hesab edirik ki, bu addım təkcə turizmin inkişafına deyil, həm də ticarətə, biznes əlaqələrinə və insanlar arasında qarşılıqlı təmasların genişlənməsinə mühüm töhfə verəcək. Biz əməkdaşlığımızı daha da inkişaf etdirmək əzmindəyik. Müxtəlif istiqamətlər üzrə həyata keçiriləcək mübadilələrin praktiki nəticələr verəcəyinə inanırıq. Bu addımlar ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığı daha da gücləndirəcək".

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər