Ceyhun Bayramov: İordaniya ilə ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətində işlər görüləcək
Azərbaycan və İordaniya ticarət dövriyyəsini İkitərəfli ticarət dövriyyəsinin hazırkı vəziyyəti bizi qane edə bilməz.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Səfadi ilə keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və İordaniya arasında mövcud ticarət dövriyyəsi ölkələr arasındakı real potensialı tam əks etdirmir.
“Azərbaycan və İordaniya ticarət dövriyyəsini artırmaq üçün konkret layihələr həyata keçirəcək”.
Nazir qeyd edib ki, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, qida təhlükəsizliyi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
“Yaxın aylarda Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu İordaniyaya səfər edəcək və konkret layihələri müzakirə edəcək.İki ölkənin biznes dairələrinin iştirakı ilə birgə biznes forumunun keçirilməsi də planlaşdırılır.
Nazir bildirib ki, Azərbaycanın nəqliyyat-logistika imkanları, sərbəst iqtisadi zonaları və investisiya mühiti İordaniya tərəfinə təqdim olunub və bütün bu addımlar qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək.












