Nazir: Azərbaycan və İordaniya arasında yeni sazişlər imzalanıb
“Azərbaycan və İordaniya arasında iki yeni saziş imzalanıb”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Səfadi ilə keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, bugünkü görüş çərçivəsində Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
“ Siyasi məsləhətləşmələr mexanizmi iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır. Mövcud hüquqi-müqavilə bazasının genişləndirilməsi müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə imkan yaradır”.
Ceyhun Bayramov bildirib ki, bu gün Azərbaycan və İordaniya arasında iki yeni saziş imzalanıb.
“Bu sənədlər ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək”.











