İordaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini ifadə edib | 1news.az | Xəbərlər
Siyasət

İordaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini ifadə edib

Qafar Ağayev13:49 - Bu gün
İordaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini ifadə edib

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addım olacaq.

1news.az xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar üzrə naziri Ayman Səfadi Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən birgə mətbuat konfransında deyib.

“Biz həmçinin regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi apardıq. İlk növbədə, Ermənistanla Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə sizi təbrik etmək istəyirəm. İki ölkə arasında bu addımı alqışlayırıq. Hesab edirik ki, bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionda sülhün möhkəmlənməsinə töhfə verəcək. Buna görə də biz bu prosesi tam dəstəkləyirik”, – deyə nazir bildirib.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər