ABŞ İrana yeni hücuma hazırlaşır – Tramp vaxtı açıqladı
ABŞ qüvvələri yaxın saatlarda İrana qarşı növbəti hava zərbələri endirməyi planlaşdırır.
1news.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı açıqlama verib.
"Ötən gecə onlara çox güclü zərbə endirdik. Ola bilsin ki, bu axşam da yenidən zərbə endirək. Mən onları əvvəlcədən xəbərdar edəcəyəm: bu axşam onlara güclü zərbə endirəcəyik. Bundan sonra isə nəticənin necə olacağını görəcəyik", – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Ağ Ev rəhbəri bir qədər əvvəl İranla atəşkəsin başa çatdığını və hərbi əməliyyatların yenidən bərpa olunduğunu bəyan edib.
75












