Prezident: ən yeni tarixdə belə birliyi nümayiş etdirən ikinci xalq olmayıb
Ən yeni tarixdə belə birliyi nümayiş etdirən ikinci xalq bizim kimi olmayıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi yaşayış evləri və infrastruktur üzrə bərpa işlərinin gedişi ilə tanış olarkən, həmçinin kəndə qayıtmış sakinlərlə görüşdə bildirib.
"Məhz bunda bizim Qələbəmizin əsas səbəbi yatır. "Dəmir yumruq" həm də birlik və gücün simvoludur. Hər ikisini biz nümayiş etdirdik", - deyə dövlət başçısı vurğulayıb.
Mənbə: Report
76











