Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanıldı

1news Redaksiyası17:35 - 01 / 08 / 2026
Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşlarının Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin mütəxəssisləri ilə birgə keçirdikləri tədbirlərlə Kür çayında elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlamaqda şübhəli bilinən K.Gülməmmədov saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, baxış zamanı ondan qanunsuz balıqovlama alətləri, elektrik batareyaları, cərəyan artıran qurğu və qanunsuz yolla ovlanmış balıqlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
321

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər