Azərbaycanda son 5 ildə autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb
Azərbaycanda son beş ildə autizm diaqnozu qoyulan uşaqların sayında əhəmiyyətli artım qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2021–2025-ci illəri əhatə edən məlumatında bildirilib.
Məlumata əsasən, son beş il ərzində ümumilikdə 13 676 nəfərə "uşaq autizmi" diaqnozu qoyulub. Bu göstərici 2021-ci ildə 1 624 nəfər olduğu halda, 2025-ci ildə 3 533 nəfərə yüksəlib.
Hesabat dövründə atipik autizm diaqnozu qoyulanların sayı da artıb. Belə ki, bu göstərici 55 nəfərdən 123 nəfərə çatıb.
Statistikaya görə, artım bütün yaş qruplarında müşahidə olunub. Autizm diaqnozu qoyulan oğlan uşaqlarının sayı son beş ildə 1 284 nəfərdən 2 765 nəfərə, qız uşaqlarının sayı isə 340 nəfərdən 768 nəfərə yüksəlib. Bu da autizm hallarının əsasən oğlan uşaqları arasında daha çox qeydə alındığını göstərir.












