Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada svetoforları quraşdırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada svetoforları quraşdırılıb - VİDEO

Qafar Ağayev09:47 - Bu gün
Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada svetoforları quraşdırılıb - VİDEO

Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk və Ayna Sultanova parkları arasında piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada svetoforları quraşdırılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud svetofor infrastrukturu təkmilləşdirilib.

Həyata keçirilən işlər çərçivəsində kəsişmədə 2 yeni piyada dirəyi və piyada svetoforu quraşdırılıb. Bununla yanaşı, mövcud dirəklərə 2 yeni piyada bölməsi əlavə edilərək istifadəyə verilib.

Qeyd olunub ki, görülən işlər nəticəsində Atatürk və Ayna Sultanova parkları arasında, eləcə də parklardan ətraf obyektlərə keçid piyadalar üçün daha təhlükəsiz və rahat olub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər