Abşeron rayonunda kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonunda kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

First News Media11:44 - Bu gün
Abşeron rayonunda kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Abşeron rayonu ərazisində kuryer fəaliyyəti ilə məşğul olan şəxsə qarşı soyğunçuluq edilib.

1news.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı E.Şirinov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, E.Şirinov sifariş etdiyi 3950 manat dəyərində mobil telefonu ünvana çatdıran kuryerdən cihazı yoxlamaq bəhanəsi ilə alaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər