Şuşada “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçirilib

Qafar Ağayev15:25 - Bu gün
Şuşada “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçirilib

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Şuşadakı Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin (1126-1199) 900 illik yubileyinə həsr olunan “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçirilib.


1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi çıxış edərək konfrans barədə məlumat verib.


Bildirilib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AYB-nin birgə təşkilatçılığı ilə keçirilir. Diqqətə çatdırılıb ki, Qarabağ işğaldan azad olunduqdan sonra poeziya bayramı yenidən öz doğma məkanına qayıdıb.

Builki proqram müxtəlif mövzuları əhatə edən maraqlı tədbirlərlə zəngindir. Vaqif Poeziya Günləri çərçivəsində bu il yubileyləri qeyd olunan görkəmli söz və sənət adamlarının xatirəsinə həsr edilən silsilə tədbirlər təşkil olunur. 

Konfransda AMEA-nın əməkdaşları Xaqani Şirvaninin zəngin ədəbi irsi və Şərq poeziyasına bəxş etdiyi dəyərli incilər barədə məruzələrlə çıxış ediblər.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər