Uqandada tələbələri daşıyan avtobus qəzaya uğradı: 21 ölü
Uqandada tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20-si şagird olmaqla ümumilikdə 21 nəfər həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, polisin yaydığı məlumata görə, avtobus təhsil proqramı çərçivəsində ölkənin şərqinə doğru hərəkətdə olarkən Kapçorva qəsəbəsində idarəetmədən çıxaraq aşıb.
İlkin ehtimallara əsasən, qəzanın texniki nasazlıq səbəbindən sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi nəticəsində baş verdiyi bildirilir.
Hadisə nəticəsində çox sayda insan müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzadan dərhal sonra ərazidə olan sakinlər yaralı tələbələrə ilkin yardım göstərməyə çalışıblar.
Hazırda yaralıların xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
66












