Fuad Muradov: “Yüksəliş” müsabiqəsinin finalçıları gələcəkdə Azərbaycanın maraqlarının qorunmasında fəal rol oynayacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov: “Yüksəliş” müsabiqəsinin finalçıları gələcəkdə Azərbaycanın maraqlarının qorunmasında fəal rol oynayacaqlar

Qafar Ağayev16:16 - Bu gün
Fuad Muradov: “Yüksəliş” müsabiqəsinin finalçıları gələcəkdə Azərbaycanın maraqlarının qorunmasında fəal rol oynayacaqlar

“Yüksəliş" müsabiqəsinin finalçıları gələcəkdə harada yaşamalarından və fəaliyyət göstərmələrindən asılı olmayaraq, Azərbaycanın maraqlarının qorunması və ölkənin beynəlxalq müstəvidə təbliğində fəal rol oynayacaqlar.

1news.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə münasibətinin formalaşmasında şəxsi inkişaf və milli dəyərlərə bağlılıq mühüm rol oynayır.

F.Muradov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi il ərzində 70 ölkədə 800-dən çox layihə və tədbirə dəstək verir, finalçılar da gələcəkdə bu təşəbbüslərə qoşula bilərlər.

Komitə sədri əlavə edib ki, Azərbaycanın gələcək inkişafında milli maraqların qorunması, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi və bu istiqamətdə gənclərin yetişdirilməsi əsas prioritetlər sırasındadır.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər