Belçikada isti hava dalğası nəticəsində ölənlərin sayı 2 mini keçib | 1news.az | Xəbərlər
Dünya

Belçikada isti hava dalğası nəticəsində ölənlərin sayı 2 mini keçib

Oksana Orucova17:37 - Bu gün
Belçikada isti hava dalğası nəticəsində ölənlərin sayı 2 mini keçib

Belçikada iyunun sonu və iyulun əvvəlində müşahidə olunan isti hava dalğası nəticəsində əlavə ölüm hallarının sayı 2 mini ötüb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın Səhiyyə İnstitutu "Sciensano"nun məlumatına görə, 18 iyun–3 iyul tarixləri arasında ölüm göstəricisi normal dövrlə müqayisədə 48 faiz artıb. Bu müddətdə yüksək temperatur səbəbindən 2 mindən çox əlavə ölüm qeydə alınıb.

Ən çox itki Valoniya bölgəsində qeydə alınıb. Burada 1059, Brüssel regionunda 188, Flamand bölgəsində isə 768 əlavə ölüm baş verib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda ölkədə baş verən isti hava dalğası zamanı 1557 əlavə ölüm qeydə alınmışdı.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər